...

"RUSLAN BƏŞİRLİNİN HƏRƏKƏTLƏRİNƏ MƏNƏVİ BAXIMDAN HAQQ QAZANDIRMAQ OLMAZ"

Siyasət Materials 5 Avqust 2005 17:36 (UTC +04:00)

Avqustun 5-də AXCP (islahatçılar) sədri Əli Kərimli mətbuat konfransı keçirib. Partiya liderinin jurnalistlərlə görüşməsinə səbəb hazırda gündəmdə olan "Yeni Fikir" Gənclər Təşkilatının sədri Ruslan Bəşirlinin həbsi məsələsi ilə bağlı idi.

Ə.Kərimli onu da qeyd etdi ki, Ruslan Bəşirli kadrlarda göstərilən həmin şəxslərin erməni olduqlarını əvvəlcədən bilməyib. Çünki həmin şəxslər özlərini gürcüstanlı iş adamı kimi təqdim ediblər.

O ki qaldı pul alınması məsələsinə, Ə.Kərimlinin bununla bağlı dəqiq məlumatı yoxdur: "Ruslan Bəşirli Gürcüstandan qayıdandan sonra mənə səfər barədə məlumat verdi.

Ona pul təklif olunması məsələsini mənə belə çatdırdı ki, vaxtilə Azərbaycanda iş qurmaq maraqları olmuş gürcüstanlı bir iş adamı ona təşkilatını maliyyələşdirməyi təklif edib.

Ruslan dedi ki, əvvəl razılıq versəm də, sonra fikrimdən daşındım, pulu götürmədim. Əgər Ruslan həmin pulu götürübsə belə çıxır ki, mənə yalan məlumat veribmiş".

Ə.Kərimli bildirdi ki, vəkil iki gündür ki, Ruslan Bəşirli ilə göruşə bilmir. Hətta hüquqlarını müdafiə etdiyi şəxsin harada saxlanmasını da ona demirlər. Müstəntiq də vəkildən qaçır".

Sonda Əli Kərimli partiyadaşlarına müraciət edərək kontrolu gözləməyi də məsləhət gördü: "Seçkiqabağı xüsusi xidmət orqanları hələ çox cəhdlər göstərəcək.

Sizə çox təkliflər olacaq. Mən sizin hər birinizdən xahiş edirəm, çalışın spirtli içkilərin təsiri altına düşüb partiyanın adına xələl gətirəcək hərəkətlərə yol verməyin".

Xəbər lenti

Xəbər lenti