...

AXCP BİNASININ QARŞISINDA AKSİYA KEÇİRİLİB

Siyasət Materials 6 Avqust 2005 15:22 (UTC +04:00)
AXCP BİNASININ QARŞISINDA AKSİYA KEÇİRİLİB

Avqustun 6-da saat 10 radələrindən etibarən qaçqın şəhərciklərində yaşayan 600 nəfərə yaxfın qaçqın AXÇP (i) binasının qarşısına toplaşmağa başlayıb. Trend agentliyi bildirir ki, saat 11-dən etibarən AXÇP-nın binası həmin qaçqınların yumurta atəşinə tutulub.

Belə ki , qaçqınlar hazırda həbsdə olan Ruslan Bəşirlinin Ermənistan xüsusi xidmət orqanları ilə əmkdaşlıığına etiraz əlaməti olaraq aksiya keçirib.

Təxminən 20 dəqiqəyə yaxın davam edən aksiya cəbhəçilərin müqavimətindən sonra dağıdılıb.

AXCP mətbuat xidmətinin rəhbəri İsaq Əvəzoğlu bu aksiyanın AXCP-yə qarşı olan qara piar kampaniyasının davamı kimi qiymətləndirib. Onun sözlərinə görə, aksiyada şüarlar və AXCP-nin ünvanına təkqiramiz ifadələrin səslənməsinə şəraiti polis yaradıb.

Təxminən saat 13.20 radələrində aksiya iştirakçıları yenidən AXÇP binasının qarşısında yığışıb. Aksiya 10 dəqiqə davam etdi.

Xəbər lenti

Xəbər lenti