...

BARMEK QIŞ MÖVSÜMÜNDƏ ENERJİ TƏMİNATINDA PROBLEM YARANACAĞINDAN EHTİYATLANIR

Siyasət Materials 8 Avqust 2005 15:42 (UTC +04:00)
BARMEK QIŞ MÖVSÜMÜNDƏ ENERJİ TƏMİNATINDA PROBLEM YARANACAĞINDAN EHTİYATLANIR

Azərbaycanda qış dövründə enerji təminatı ilə bağlı problem yarana bilər. Trend in məlumatına görə, bu barədə Barmek Azerbaijan Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) rəhbəri Hüseyn Arabul məlumat verib. Barmek bu dövrdə enerji təminatı ilə bağlı problemin yaranağacını qabaqcadan görür və bu məsələnin həlli üçün tədbirlər həyata keçirəcək.

H.Arabul həmçinin qeyd edib ki, əsas etibarilə köhnə elektrik ötürücülərinin yeniləşdirilməsinə xüsusi diqqət ayrılmalıdır. Hazırki ana kimi şirkət analoji işlərin aparılması üçün 60 milyon dollar vəsait xərcləyib.

"Elektrik enerjisinin paylanması ilə məşğul olan bir şirkət kimi MMC bu işlərə 60 milyon dollar vəsait sərf edib ki, başqa bir müəssisə analoji işlərə 100 milyondan artıq vəsait sərf edərdi", - deyə H.Arabul bəyan edib.

Azerenerji Səhmdar Cəmiyyətinin (SC) Barmek rəhbərliyinin şirkətin fəaliyyəti ilə bağlı məlumatların verilməməsi barədə bəyanatını şərh edən H.Arabul qeyd edib ki, şirkət bir qayda olaraq bu və ya digər göstəricilər barədə hesabatlar təqdim edir və "bizim hökumətə müvafiq göstəricilər təqdim etməməyimiz barədə iddialar əsassızdır".

Xəbər lenti

Xəbər lenti