...

QAT RAMİL SƏFƏROVLA BAĞLI BUDAPEŞT ŞƏHƏR MƏHKƏMƏSİNƏ MÜRACİƏT EDİB

Siyasət Materials 8 Avqust 2005 16:03 (UTC +04:00)

"Budapeşt şəhər məhkəməsi azərbaycanlı zabit Ramil Səfərovun qətl hadisəsini hansı şəraitdə, hansı amillərin təsiri altında törətdiyini nəzərə almalı, Ermənistanın rəsmi və qeyri-rəsmi kanallarla göstərdiyi təzyiqləri rədd edərək obyektiv qərar çıxarmalıdır". Trend in məlumatına görə, bu fikirlər Qarabağ Azadlıq Təşkilatının (QAT) bəyanatındandır.

Təşkilat hesab edir ki, Budapeştdə NATO təlimləri kurslarında olarkən Ramil Səfərov daim erməni zabitləri tərəfindən təhqir olunub, mənəvi təzyiqlərə və təxribatlara məruz qalıb.

R.Səfərov nümunəvi, NATO tələblərinə uyğun zabit olub, heç vaxt ətrafındakılara qarşı aqressiv hərəkət etməyib. Lakin Ermənistandan olan zabitin onu dəfələrlə təxribata çəkməsi nəticəsində ağır mənəvi-psixoloji durumda olub, belə bir vəziyyətdə qətl hadisəsi törədib.

QAT bəyan edib ki, R.Səfərovun doğma yurdu ermənilərə tərəfindən işğal olunub, yaxın qohumlarını ermənilər vəhşiliklə qətlə yetiriblər, özü və ailəsi məcburi köçkün düşüb, bir neçə nəfər qohumu erməni əsirliyindədir və müharibənin dəhşətləri onun gözləri qarşısında baş verib. Bütün bu amillər azərbaycanlı zabiti erməni qarşısında ağır psixoloji durumda saxlayıb, qisas hissi ilə yaşamağa vadar edib.

QAT Macarıstan məhkəməsinin bu səbəbləri nəzərə almağa və Ermənistan hakimiyyətinin, ermənilərin ictimai-siyasi qurumlarının əks-təbliğatlarına, yalançı, uydurma kampaniyalarına uymamağa çağırıb. Müraciət ingilis dilinə tərcümə olunaraq Budapeşt şəhər məhkəməsinə göndərilib.

Xəbər lenti

Xəbər lenti