...

YAP-IN NAMİZƏDLƏR SİYAHISI BU HƏFTƏ AÇIQLANACAQ

Siyasət Materials 8 Avqust 2005 17:23 (UTC +04:00)

Yeni Azərbaycan Partiyası (YAP) parlament seçkisində iştirak edəcək namizədlərinin siyahısı bu həftə açıqlayacaq. Bu barədə Trend ə YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev məlumat verib. O, bildirib ki, indiyədək 150-dən çox YAP üzvü müstəqil şəkildə namizədliyini irəli sürüb.

Partiyanın namizədlər siyahısı isə bu həftənin dördüncü gününə qədər açıqlanacaq. Hakim partiyanın namizədlər siyahısı ölkə üzrə bütün seçki dairələrini əhatə edir. H.Paşayevin sözlərinə görə, YAP-ın Siyasi Şurasından artıq müstəqil şəkildə namizədliyini irəli sürənlər var.

Partiyanın icra katibliyindən isə hələlik heç kəs namizədliyini verməyib. H.Paşayev bildirib ki, icra katibi və onun müavinləri YAP-ın namizədlər siyahısında olacaqlar.

YAP həmçinin heç bir seçki bloku və müttəfiq siyasi partiyalarla namizədlərini razılaşdırmayacaq: "Yeni Azərbaycan Partiyası əvvəlki seçkilərdə olduğu kimi, bu il parlament seçkisində seçki bloku yaratmadan və heç birinə qoşulmadan, özü tək, partiya olaraq iştirak edir.

YAP parlament seçkisində mandat uğrunda başqa partiyalarla nə rəqabət aparır, nə də ortaq, vahid namizədlər müəyyənləşdirir. YAP-ın bütün seçki dairələrindən öz namizədləri olacaq"-deyə YAP təmsilçisi bildirib.

Kütləvi tədbirələrə gəldikdə isə, H.Paşayev bildirib ki, yalnız sentyabrın 8-dən sonra seçkinin təbliğat-təşviqat kampaniyası dövründə ölkənin bütün yaşayış məntəqələrində YAP-ın tədbirləri keçiriləcək.

Xəbər lenti

Xəbər lenti