...

AVQUSTUN SONUNDA "AZADLIQ" BLOKUNUN BAKIDA YÜRÜŞ-MİTİNQİ KEÇİRİLƏCƏK

Siyasət Materials 8 Avqust 2005 19:38 (UTC +04:00)

"Azadlıq" blokunun avqustun sonunda Bakıda yürüş-mitinqi keçiriləcək. Bu barədə Trend ə blokda təmil olunan Azərbaycan Demokrat Partiyasının (ADP) mətbuat xidmətindən məlumat verilib. Partiyanın mətbuat xidmətinin rəhbəri Nurəddin İsmayılov bildirib ki, "Azadlıq" blokunun liderləri avqustun sonu, sentyabrın əvvəllərində Bakıda növbəti yürüş-mitinqin keçirilməsinə dair qərara gəliblər. Lakin aksiyanın dəqiq vaxtı hələ müəyyən edilməyib.

Buna səbəb hazırda parlament seçkisinə hazırlıq işləri, blokun namizədlərinin imzatoplama kampaniyası, sənədlərin təqim edilməsi məsələləri ilə məşğul olmasıdır. Yürüş-mitinq seçkilərinin azad, ədalətli keçirilməsi, demokratik seçki mühitinin yaradılması, Seçki Məcəlləsinin dəyişdirilməsi, həmçinin "qara piar" kampaniyasına son qoyulması tələbləri ilə keçiriləcək.

N.İsmayılovun sözlərinə görə, son günlərdə AXCP (islahatçılar) ətrafında baş verən proseslər, bu partiyanın və müxalifətin əleyhinə aparılan əks-təbliğat kampaniyaları "Azadlıq" blokunun kütləvi aksiyalarının vaxtını tezləşdirə bilər:

"Baş verən hadisələr, müxalifətə qarşı aparılan kampaniyalar, seçkiqabağı siyasi qüvvələr üçün qeyri-bərabər və antidemokratik şərait yaradılması bizim etiraz aksiyalarımızın, kütləvi tədbirlərimizin nəzərdə tutulduğu vaxtdan daha əvvəl keçirilməsinə vadar edə bilər. Bakıda yürüş-mitinqdən sonra kütləvi aksiyalar yenidən bölgələrdə də başlayacaq"-deyə N.İsmayılov bildirib.

ADP təmsilçisi onu da qeyd edib ki, artıq 110 dairə üzrə namizədini müəyyən etmiş "Azadlıq" blokunun 7-8 dairədə namizədini seçmək üçün avqustun 12-də ilkin seçki keçiriləcək. Yaradılacaq müvəqqəti məntəqədə səsvermə təşkil olunacaq, daha çox səs toplayan şəxs həmin dairə üzrə "Azadlıq" blokunun vahid namizədi olacaq.

Xəbər lenti

Xəbər lenti