...

QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN ƏKSƏRİYYƏTİ ŞƏXSİYYƏT VƏSİQƏLƏRİNDƏN MƏHRUMDURLAR

Siyasət Materials 9 Avqust 2005 13:18 (UTC +04:00)

Avqustun 9-da Beynəlxalq Mətbuat Mərkəzində qaçqın və məcburi köçkünlərin şəxsiyyət vəsiqələri ilə təmin olunmaları ilə bağlı Dəyirmi masa keçirilib. Trend in məlumatına görə, tədbirdə həm müvafiq dövlət orqanlarının, həm də bir sıra qeyri hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası, "Azərbaycanda Regional İnkişaf" Mərkəzi və "Şəffaf Seçkilər" Monitorinq Mərkəzi seçki hüququ olan qaçqın və məcburi köçkünlərə şəxsiyyət vəsiqələrinin verilməsinin vəziyyətini araşdırıb. Məlum olub ki, Azərbaycanın bölgələrində müvəqqəti olaraq məskunlaşan seçki hüququna malik qaçqın və məcburi köçkünlərin böyük bir hissəsi şəxsiyyət vəsiqələrinə malik deyil.

Araşdırma zamanı bəlli olub ki, Bakı şəhərində və Abşeron yarımadasının digər yaşayış məntəqələrində məskunlaşan seçki hüququ olan qaçqın və məcburi köçkünlərin 90-95% şəxsiyyət vəsiqləri ilə təmin olunublar. Rayonlar üzrə isə vəziyyət acınacaqlıdır. Tərtər rayonunda müvəqqəti məskunlaşan 7,2 min nəfər seçki hüququ olan qaçqın və məcburi köçkünün 80%-i, Yevlaxda 60%-i, İsmayıllıda 72%-i, Mingəçevirdə 70%-i, Goranboyda 65%-i, Gəncədə 15%-i şəxsiyyət vəsiqəsi almayıb.

Qeyd edək ki, qanunvericiliyə əsasən qaçqın və məcburi köçkünlər onların statusunu təsdiq edən vəsiqə əsasında səsvermədə iştirak edə bilərlər. Lakin araşdırma aparan qurumlar hesab edir ki, qaçqın və məcburi köçkünlərə şəxsiyyət vəsiqələrinin paylanması prosesinin ciddi sürətləndirilməsinə ehtiyac var. Ya şəxsiyyət vəsiqələri tez bir zamanda paylanmalı, ya da artıq qüvvədən düşmüş köhnə pasportların seçkidə istifadəsinə icazə verilməsinə dair qərar çıxarılmalıdır.

Xəbər lenti

Xəbər lenti