...

İLYAS İSMAYILOV "DEMOKRATİK AZƏRBAYCAN" SEÇKİ BLOKUNDAN DEYİL, MÜSTƏQİL ŞƏKİLDƏ NAMİZƏDLİYİNİ VERİB

Siyasət Materials 9 Avqust 2005 14:31 (UTC +04:00)

Ədalət Partiyasının sədri İlyas İsmayılov parlament seçkisində namizədliyini "Demokratik Azərbaycan" Seçki Blokunun siyahısı üzrə irəli sürməyib. Ədalət Partiyasından Trend ə bildirib ki, İlyas İsmayılov 106 saylı Tovuz-Qazax-Aqstafa seçki dairəsindən müstəqil şəkildə namizədliyini verib.

"Ədalət" sədrinin imzatoplama kampaniyasına başlanması üçün avqustun 9-da imza vərəqələri götürülüb. Qeyd edək ki, Ədalət Partiyası "Demokratik Azərbaycan" Seçki Blokunun üzvüdür və partiyanın namizədləri blokun vahid namizədlər siyahısı üzrə irəli sürüləcək.

Lakin seçki prosesi ilə bağlı lazımi proseduralar xeyli vaxt apardığından, İ.İsmayılov seçkidə iştirakını sürətləndirmək üçün blokun siyahısının təqdim olunmasını gözləməyib və özü müstəqil şəkildə namizədliyini verib. Avqustun 9-dan artıq onun imzatoplama kampaniyasına başlanılıb.

"Demokratik Azərbaycan" Seçki Blokunun digər həmsədrlərindən Sabir Rüstəmxanlının imzatoplama kampaniyası avqustun 9-da artıq başa çatıb. Əhməd Orucun imzatoplama kampaniyası hələ davam edir, Hacıbaba Əzimov isə hələ ki, imza vərəqələrini götürməyib.

Xəbər lenti

Xəbər lenti