...

SİQNAL VERİLİŞLƏRİ EFİRƏ ÇIXAN İCTİMAİ TELEVİZİYA 14-CÜ KANALDA YAYIMLANACAQ

Siyasət Materials 9 Avqust 2005 18:08 (UTC +04:00)
SİQNAL VERİLİŞLƏRİ EFİRƏ ÇIXAN İCTİMAİ TELEVİZİYA 14-CÜ KANALDA YAYIMLANACAQ

İctimai Televiziya avqust ayı ərzində efirə çıxacaq. Trend in məlumatına görə, İctimai Televiziya və Radio Yayımı Şirkətinin baş direktoru İsmayıl Ömərov avqustun 9-da keçirdiyi mətbuat konfransında bu barədə açıqlama verib.

O, bildirib ki, İctimai Televiziyanın (İTV) siqnal verilişləri artıq hazırlanıb efirə verilib və uğurlu alınıb, avqust ayı ərzində 14-cü kanalda tam olaraq yayımlanacaq. Hazırda iki studiya tərtib edilib - 54 kvadratmetrlik informasiya, 108 kvadratmetrlik digər studiya artıq hazırdır.
Hər iki studiyanın işini əlaqələndirən mərkəzi aparat olacaq, müasir standartlara uyğun studiyalarda 3 kamera qoyulacaq. İTV-nin bütün texniki avadanlıqları rəqəmli-BETEKAM (degetal-BETEKAM) sistemi üzərində qurulub və "Sony" firmasına məxsusdur.

İTV-nin bazası üçün hələki yerli telekanalların heç birində olmayan 707 BETEKAM və bütün Cənubi Qafqazda indiyədək istifadə edilməyən 707 BETEKAM kameralar alınacaq. İ.Ömərovun sözlərinə görə texniki təchizat baxımından İTV Azərbaycan teleməkanında ən öndə gedən televiziya olacaq.

İ.Ömərov bildirib ki, ayrı-ayrı yerlərdə10 kameralıq səyyar studiyaların qurulması üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə iş aparılır. Onun sözlərinə görə, hələlik İTV Naxçıvan, Qarabağ, Azərbaycanın Qərb bölgəsi, Sumqayıtla Quba arasındakı ərazidə və Zaqatala-Balakəndə yayımlana bilmir. Lakin bir neçə ay ərzində Rabitə Nazirliyi ötürücülər quraşdıracaq və İTV ölkənin 98 faiz ərazisinə yayımlanacaq.

İTV-də səhər saatlarında "Yeni gün" adlı verilişlə başlayacaq, 3 saatdan biri "Carçı" adlı xəbərlər buraxılışı efirə çıxacaq, "Gerçəyin özü" adlı siyasi proqram, debatlar, seçki ilə bağlı "Xalq seçir" verilişi, məzəli-yumoristik səpgidə "Məzhəkə" verilişi, hərbi-vətənpərvərliyi təbliğ edən "Salam, əsgər" verilişi, uşaqlar üçün "Bizim ailə,bizim komanda" və "Uşaqdan xəbər al" proqramları, "Patefon" və "Sancaq" adlı musiqili verilişlər, dini mövzuda hazırlanan "Cümə söhbəti", həmçinin 108 seriayalı Mexsika istehsalı olan "Bağban qızı" teleserialı, uşaqlar üçün teleserial, bazar günü "Bazara qədər" proqramı İTV-nin efirində tamaşaçıların ixtiyarına veriləcək. Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyətinə, tarixinə həsr olunmuş verilişlərin də hazırlanması nəzərdə tutulub.

İ.Ömərov bildirib ki, İTV-nin həyəti, binanın içərisində çəkiliş üçün pavlionlar hazırlanacaq, geniş konsert proqramı üçün həyətdə böyük səhnə tərtib edilir.

Xəbər lenti

Xəbər lenti