...

ATƏT MÜXALİFƏT PARTİYASININ OFİSİNƏ BASQINI PİSLƏYİB

Siyasət Materials 9 Avqust 2005 19:10 (UTC +04:00)

Trend agentliyi bildirir ki, ATƏT-in Azərbaycandakı ofisi Xalq Cəbhəsi partiyasının Bakıdakı müvəqqəti mənzil-qərargahına bugünkü (9 avqust) basqını, eləcə də həmin partiyanın Naxçıvan Muxtar Respublikasındakı (NMR) nümayəndəliyinə basqını pisləyən bəyanat yayıb.

Bəyanatda "Yeni fikir" gənclər təşkilatının lideri Ruslan Bəşirlinin həbsi ilə əlaqədar olaraq AXCP üzvlərinə basqınla bağlı narazılıq bildirilir.

Qeyd olunur ki, avqustun 5-də bir qrup adam AXCP-nin Naxçıvandakı üzvlərinə müxtəlif əşyalar və yumurta atmış, eləcə də partiya nümayəndəliyinin divarlarında təhqiramiz sözlər yazmışlar.Həmin basqınlar avqustun 6 və 8-də Bakıda təkrar edilib.

"Biz həmin hərəkətlərlə bağlı qəti etiraz bildiririk.Bir qrup və yaxud ayrı-ayrı vətəndaşların qanun stukturlarının yerinə hər hansı qərar qəbul etməsi yolverilməzdir"-deyə ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Maurisio Pavesi (Maurizio Pavesi) vurğulayıb.

Qeyd olunub ki, "Yeni fikir" hərəkatının rəhbəri Ruslan Bəşirli avqustun 3-də həbs edilib və Azərbaycanda konstitusion quruluşun zorla dəyişdirilməsinə cəhd edilməsində (respublika cinayət məcəlləsinin 278-ci maddəsi) günahlandırılır.

"Təhqiqat aparılır və hələlik heç kim mühakimə olunmayıb"-deyə M. Pavesi vurğulayıb.O, ümid etdiyini bildirib ki, Azərbaycan hakimiyyəti "ölkədə seçkiqabağı vəziyyətə mənfi təsir göstərən element" kimi belə aksiyaların qarşısının alınması üçün vacib tədbirlər görəcək.

Xəbər lenti

Xəbər lenti