...

"GƏNC AZƏRBAYCAN-YENİ ADLAR" SEÇKİ BLOKU NAMİZƏDLƏRİNİN TƏQDİMATI OLACAQ

Siyasət Materials 10 Avqust 2005 17:10 (UTC +04:00)

"Gənc Azərbaycan - yeni adlar" Seçki Bloku parlament seçkisində iştirak edəcək namizədlərini müəyyən edib. Bu barədə Trend ə Seçki Blokundan məlumat verilib.

Avqustun 11-də blokun namizədlər siyahısı ictimaiyyətə açıqlanacaq, Beynəlxalq Mətbuat Mərkəzində namizədlərin təqdimatı keçiriləcək. Həmçinin blokun seçkiqabağı platforması və informasiya bülleteninin ilk buraxılışının təqdimatı olacaq.

"Gənc Azərbaycan - yeni adlar" Seçki Blokunun seçki platforması ətrafında müzakirələr açılacaq, ölkədəki ictimai-siysai proseslərə, seçkiqabağı mühitə dair fikir mübadiləsi aparılacaq.

Xəbər lenti

Xəbər lenti