...

ABŞ-NIN AZƏRBAYCANDAKI SƏFİRLİYİ: CİDDİ İTTİHAMLAR KİV-DƏ YOX, MƏHKƏMƏ İNSTANSİYALARINDA SƏSLƏNDİRİLMƏLİDİR

Siyasət Materials 10 Avqust 2005 19:35 (UTC +04:00)

ABŞ-nın Azərbaycandakı səfirliyi avqustun 10-da "Yeni fikir" gənclər təşkilatının lideri, ölkədə dövlət quruluşunun zorla dəyişdirilməsinə cəhddə və Ermənistanın xüsusi xidmət orqanları ilə əlaqələrdə ittiham edilən Ruslan Bəşirlinin saxlanılması məsələsi üzrə bəyanat yayıb.

Trend agentliyinin məlumatına əsasən, Amerika səfirliyinin bəyanatında qeyd olunur ki, ABŞ hökuməti Azərbaycanın Baş Prokurorluğunun Ruslan Bəşirlinin ünvanına sonuncu ittihamlarla bağlı ədalətli və obyektiv təhqiqat aparacağına ümid edir.

"Ciddi ittihamlar KİV-də yox, məhkəmə instansiyalarında səsləndirilməlidir"-deyə səfirliyin bəyanatında qeyd olunur.

Bəyanatda həmçinin qeyd olunur ki, ABŞ Azərbaycan hökumətinin respublikanın seçki məcəlləsi çərçivəsində və "Seçki praktikasının təkmilləşdirilməsi haqqında" Azərbaycan prezidentinin 11 may tarixli sərəncamının tələblərini nəzərə almaqla ölkə parlamentinə şəffaf və ədalətli seçkilər keçirəcəyinə ümid edir.

Həmin kontekstdə ayrı-ayrı şəxslərə və ya partiyalara qeyri-qanuni basqınların pislənməsi zərurəti və qeyri-qanuni ittihamların qarşısının alınması ilə seçki kampaniyalarının keçirilməsinin əhəmiyyəti vurğulanır.

Xəbər lenti

Xəbər lenti