...

ƏFLATUN AMAŞOV MEDİA BLOKUNA QOŞULMAYACAQ

Siyasət Materials 10 Avqust 2005 20:12 (UTC +04:00)

Parlament seçkisində namizədliyini irəli sürən Mətbuat Şurasının sədri Əflatun Amaşov "Müstəqil Media-2005" Seçki Blokuna qoşulmayacaq. Bu barədə Trend ə Ə.Amaşov özu açıqlama verib. O, seçkidə müstəqil şəkildə iştirak edəcəyi və heç bir seçki blokuna qoşulmayacağını deyib.

Media nümayəndələrinin təmsil olunduğu seçki blokunun namizədləri sırasında olmaq istəmədiyini də deyən Ə.Amaşov bildirib ki, "Müstəqil Media-2005" Seçki Bloku artıq uzun müddətdir yaradılıb, xeyli görüşlər keçirib: "Media blokunun üzvləri çoxdan bir araya gəliblər, mən isə seçki kampaniyasına yeni qoşumuşam.

Ona görə də sonradan onların sırasına qoşulmaq istəməzdim. Mən media bloku da daxil olmaqla bütün seçki bloklarına hörmətlə yanaşıram, lakin seçkidə müstəqil, fərdi qaydada iştiraka üstünlük verirəm"-deyə Ə.Amaşov bildirib.

Mətbuat Şurasının sədri avqustun 11-də Yevlaxa yola düşəcəyini və seçki dairəsindən imza vərəqələrini götürəcəyini deyib. Avqustun 12-dən imzatoplama kampaniyasına başlayacaq. Qeyd edək ki, Ə.Amaşov 49 saylı Yevlax-Mingəçevir seçki dairəsindən namizədliyini irəli sürür.

Xəbər lenti

Xəbər lenti