...

AXCP QARŞISINDA NÖVBƏTİ ETİRAZ AKSİYASINA CƏHD GÖSTƏRİLİB

Siyasət Materials 11 Avqust 2005 13:48 (UTC +04:00)

Avqustun 11-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-islahatçılar) qarşısında növbəti dəfə etiraz aksiyası keçirilməsinə cəhd göstərilib. Trend in məlumatına görə, Zərdab və Göyçay rayonlarından gəlmiş bir qrup adam partiyanın qarşısına toplaşmağa çalışıb, lakin polislər onların qarşısını kəsib. Partiyanın yaxınlığındakı Sahil bağına toplaşan 15020 nəfərdən ibarət etirazçılar AXCP-nin ünvanına etiraz şüarları səsləndiriblər. Sonra polisin müşaiyəti ilə partiyanın qarşısından keçiblər.

Burada "Ar olsun!" şüarları səsləndirən rayon sakinləri partiyanın bağlanmasının, fəaliyyətinin dayandırılmasını da tələb ediblər.

AXCP-dən isə bu dəfə heç kəs bayıra çıxmayıb. Partiya sədrinin tapşırığına əməl edən "cəbhəçi"lər onlara qarşı törədilə biləcək təxribatların qarşısını almaq üçün budəfəki etirazçıların qarşısına çıxmayıblar və buna görə qarşıdurma da baş verməyib. Partiya rəhbərliyi bu kiçik etiraz aksiyasını AXCP-yə qarşı təxribatın və ləkələmə kampaniysının davamı kimi qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti