...

ŞƏMKİRDƏ "SHEMKIRAQROISTEHSALAT" ZAVODUNUN TİKİNTİSİ BAŞA ÇATIR

Siyasət Materials 11 Avqust 2005 17:15 (UTC +04:00)

Şəmkir rayonunda "Shemkiraqroistehsalat" quşçuluq zavodunun tikintisi başa çatmaq üzrədir. Bu barədə Atasanaye- dən (Ata Holdingin törəmə şirkəti) Trend ə məlumat verilib. "Hazırda tikintisi 90% başa çatıb və tamamlama işləri aparılır. Zavodun yüksək səviyyədə keçirilməsi nəzərdə tutulan açılış mərasimi sentyabra təyin edilib", - deyə müəssisədən bildiriblər.

Zavod ildə 55 milyon yumurta istehsal edəcək. Bu zavod Azərbaycanda ilk dəfə olaraq ən yüksək gigiyenik səviyyədə göstərilən növdə məhsul istehsal edəcək. Zavoda qoyulan investisiyanın həcmi 4,5 milyon dollar təşkil edir. Burada yeni texnologiyalar və qurğular tətbiq edilib.

Xəbər lenti

Xəbər lenti