...

AZƏRBAYCAN PREZİDENTİ GƏNCLƏR, İDMAN VƏ TURİZM NAZİRLİYİ HAQQINDA ƏSASNAMƏYƏ DƏYİŞİKLİKLƏR EDİB

Siyasət Materials 11 Avqust 2005 18:15 (UTC +04:00)

Trend agentliyi bildirir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev avqustun 11-də gənclər, idman və turizm Nazirliyi haqqında Əsasnaməyə dəyişiklik və əlavələr edilməsinə dair fərman imzalayıb.

Xüsusilə redaksiya xarakterli dəyişikliklər beynəlxalq və daxili turizmin inkişafı, infrastruktur və turizm sənayesinin inkişafı, turizm zonalarının yaradılmasında və turizm xidmətləri sahəsində investisiyaların cəlb edilməsi sahəsində məqsədyönlü proqramların gerçəkləşdirilməsi üçün nazirlik tərəfindən tədbirləri nəzərdə tutur.

Bundan başqa, nazirlik səlahiyyəti çərçivəsində daxili və xarici bazarlarda turizm mallarının reklamı sahəsində işlənib-hazırlanma, nəşr və poliqrafiyada kömək etməlidir.Eləcə də nazirliyin ekoloji turizmin inkişafı və təşkilində iştirakına aid yeni bəndlər əlavə edilib.

AR gənclər, idman və turizm Nazirliyinin Əsasnaməsi AR prezidentinin 18 sentyabr 2001-ci il tarixli fərmanı ilə təsdiq edilib.

Xəbər lenti

Xəbər lenti