...

ŞİMALİ KİPR TÜRK CÜMHURİYYƏTİNİN YÜKSƏK VƏZİFƏLİ ŞƏXSLƏRDƏN İBARƏT NÜMAYƏNDƏ HEYƏTİNİN AZƏRBAYCANA SƏFƏRİ AVQUSTUN SONUNDA BAŞ TUTACAQ

Siyasət Materials 12 Avqust 2005 12:47 (UTC +04:00)

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) yüksək vəzifəli şəxslərdən ibarət missiyasının Azərbaycana səfərinin vaxtı avqustun 3-cü ongünlüyünə keçirilib. Bu barədə Trend ə diplomatik mənbələrdən məlum olub.

Xatırladaq ki, ŞKTC-nin baş nazirinin müavini, xarici işlər naziri Sərdar Denktaş və onun atası keçmiş prezident Rauf Denktaşın ölkəmizə səfəri avqustun 15-nə planlaşdırılmışdı.

Səfərin əsas məqsədi isə hər iki ölkə arasında əlaqələrin qurulmasına görə Azərbaycan Respublikasının prezidentinə və azərbaycan xalqına təşəkkür etmək və gələcəkdə ikitərəfli əməkdaşlığın inkişafına dair məsələlərin müzakirəsi idi.

Səfərin avqustun üçüncü ongünlüyünün birinci yarısında baş tutacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti