...

REGİONLARDA KORRUPSİYA İLƏ MÜBARİZƏYƏ HƏSR OLUNMUŞ KONFRANSLAR KEÇİRİLƏCƏK

Siyasət Materials 12 Avqust 2005 13:49 (UTC +04:00)

Avqustun 15-dən etibarən Azərbaycan Gənc Hüquqşünaslar Birliyi (AGHB) ATƏT-in yerli icraçı tərəfdaşı qismində bir sıra rayon və şəhərlərdə korrupsiya ilə mübarizəyə həsr olunmuş konfranslar keçirəcək. Trend ə bu barədə məlumat AGHB-dən verilib.

Məlumatda daha sonra bildirilir ki, Prezident Aparatı nümayəndələrinin, QHT-lərin, sahibkarların, vəkillərin və bir sıra rayon prokurorlarının iştirak edəcəkləri tədbirə ATƏT-in Azərbaycandakı səfiri Murisio Pavesi də qatılacaq.

İlk konfrans İsmayıllı rayonunda keçiriləcək. Tədbirdə "Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanunu və dövlət proqramı" və bu proqramdan irəli gələn vəzifələr, o cümlədən "AR Baş Prokurorluğu Korrupsiya ilə mübarizə aparan ixtisaslaşmış orqan kimi" mövzuları ətrafında məruzələr və fikir mübadilələri dinləniləcək.

Növbəti konfranslar Şəki, Lənkəran, Gəncə, Sumqayıt və Mingəçevir şəhərlərində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti