...

MİRMAHMUD MİRƏLİOĞLU İLƏ ARAZ ƏLİZADƏ EYNİ DAİRƏDƏ RƏQABƏT APARACAQLAR

Siyasət Materials 12 Avqust 2005 16:29 (UTC +04:00)

AXCP-nin "Klassiklər" qanadının sədri Mirmahmud Mirəlioğlu parlament seçkisində iştirakla bağlı sənədlərini 45 saylı Abşeron seçki dairəsinə təqdim edib. Bu barədə Trend ə Mirmahmud Mirəlioğlu özü məlumat verib.

O, bildirib ki, 51 dairə istisna olmaqla, qalan seçki dairələrindən namizəd verməyəcəklər. Belə ki, "klassiklər" müxalifət liderlərinin, partiya sədrlərinin namizəd olduqları dairələrdən namizəd irəli sürməyib və onları dəstəkləməyə qərar verib.

Mirmahmud Mirəlioğlu özü 45 saylı Abşeron seçki dairəsindən namizədliyini irəli sürüb. O, sənədlərini seçki dairəsinə təqdim etdiyini, bu günlərdə isə imza vərəqələrini götürüb imzatoplama kampaniyasına başlayacağını bildirib.

Qeyd edək ki, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri, "Yeni Siyasət" blokunun üzvü Araz Əlizadə də 45 saylı Abşeron seçki dairəsindən namizədliyini verib. "Azadlıq" bloku isə həmin dairədən vahid namizədini müəyyən etmək üçün avqustun 12-də ilkin seçki keçirib.

Müxalifət liderlərini dəstəkləməyə qərar verən Mirmahmud Mirəlioğlu özü seçkidə həmin müttəfiqlərindən həm "Azadlıq", həm də "Yeni Siyasət" seçki bloklarının namizədləri ilə rəqib olacaq.

Xəbər lenti

Xəbər lenti