...

10 GÜRCÜSTANLI KİMSƏSİZ UŞAQ BAKIYA GƏLƏCƏK

Siyasət Materials 13 Avqust 2005 11:21 (UTC +04:00)

(Praym-Nyus) - Maarif və Elm Nazirliyinin təşəbbüsü ilə valideyn himayəsindən məhrum olmuş 10 gürcüstanlı kimsəsiz uşaq Bakıya ənənəvi ingilis dilli yay məktəbində oxumağa göndəriləcək.

Trend in məlumatına görə, nazirlikdə bu tədbirin Britaniyanın Azərbaycan və Gürcüstanda fəaliyyət göstərən şuralarının mədəni- maarif və idman proqramları çərçivəsində həyata keçirildiyi bildirilib. Bu uşaqlardan ibarət qrupa Britaniya şurası tərəfindən seçilmiş iki gürcüstanlı ingilis dili müəllimi rəhbərlik edəcək.

Uşaqlar Bakıya bazar ertəsi gələcək və burada bir həftə qalacaqlar.

Xəbər lenti

Xəbər lenti