...

MDB-NİN KAZANDA KEÇİRİLƏCƏK SAMMİTİNƏ 8 MƏSƏLƏ DAXİL EDİLİB

Siyasət Materials 13 Avqust 2005 12:35 (UTC +04:00)

MDB dövlət başçıları Şurasının avqustun 26-da Kazanda keçirilməsi planlaşdırılan növbəti iclasının cündəliyinə 8 məsələ nəzərdə tutulur.Bu barədə Trend agentliyinə diplomatik mənbələrdən məlum olub.

Gündəlikdə Birlik orqanlarının təkmilləşdirilməsi və dəyişdirilməsinə dair qərar layihəsi, MDB iştirakçısı dövlətlərinin humanitar əmədaşlığına dair Saziş, BMT-nin 60 illiyinin bayram edilməsi ilə bağlı Bəyanat olacaq. Sənədlərin arasında həmçinin Birlik iştirakçısı dövlətlərinin xalqlarına və dünya ictimaiyyətinə Çernobıl AES-də baş vermiş qəzanın 20 illiyi ilə bağlı Müraciət də vardır.

Dövlət başçılarına ilkin olaraq hökumət başçıları Şurasının və xarici işlər nazirlərinin, eləcə də MDBİqtisadi şurasının iclaslarında razılaşdırılmış və bəyənilmiş bir sıra sənədlərin müzakirəsiz imzalanması təklif olunacaq.Bunların arasında terrorizmlə, növbəti illərdə qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə əməkdaşlıq proqramları, hərbi əməkdaşlığın Birlik dövlətləri sərhəd siyasəti ilə razılaşdırılmış konsepsiyası və s. vardır.

Xəbər lenti

Xəbər lenti