...

SEÇKİDƏ İŞTİRAK EDƏN 1312 NƏFƏRƏ İMZA VƏRƏQƏLƏRİ VERİLİB

Siyasət Materials 13 Avqust 2005 13:39 (UTC +04:00)

Bu il keçiriləcək parlament seçkisində iştirak etmək istəyən vətəndaşlardan avqustun 13-dək 1312 nəfər seçki dairələrindən imza vərəqi götürüb. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib. 1312 nəfərdən 124-ü qadınlardır. Siyasi mənsubiyyətinə görə namizədlərin 675 nəfəri bitərəfdir.

İmza vərəqi götürənlərdən 247 nəfəri Yeni Azərbaycan Partiyasının (YAP), 41 nəfəri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP), 27-si Müsavat Partiyasının, 25 nəfəri Ümid Partiyasının, 17-si Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP),14-ü isə Liberal Partiyasının üzvləridir. İmza vərəqi alanlardan 148 nəfəri siyasi mənsubiyyətini göstərməyib.

Xəbər lenti

Xəbər lenti