...

"AZADLIQ" BLOKUNUN KÜRDƏMİRDƏ MİTİNQİ DAĞIDILIB

Siyasət Materials 15 Avqust 2005 12:13 (UTC +04:00)

"Azadlıq" seçki blokunun Kürdəmirdə avqustun 14-də saat 9.30-da planlaşdırdığı mitinqi polislər tərəfindən dağıdılıb. Bu barədə Trend ə blokda təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-islahatçılar) sədrinin müavini Həsən Kərimov məlumat verib.

Qeyd edək ki, Kürdəmir rayon icra hakimiyyəti "Azadlıq" blokunun yerli şöbələrinə şəhərin mərkəzində mitinq keçirmələrinə icazə verməmişdi. Lakin buna baxmayaraq Kürdəmir müxalifətçiləri şəhərin mərkəzində aksiya keçirməyə cəhd göstəriblər.

Səhər saat 8.30 radələrindən başlayaraq yerli müxalifətçilərin aksiyasının qarşısını alınmasına yönələn tədbirlər görülməyə başlayıb. "Azadlıq" blokuna daxil olan partiyaların rayon təşkilatlarının sədrləri və fəalları, həmçinin AXCP sədrinin müavini Akif İslamzadə polis əməkdaşları tərəfindən həbs olunaraq Kürdəmir rayon polis şöbəsinə aparılıblar.

Həsən Kərimovun sözlərinə görə, aksiya iştirakçıları yalnız ayrı-ayrı yerlərdə şüarlar səsləndirməyə müvəffəq olublar, mərkəzə toplaşmağa isə imkan verilməyib. Polis bölməsinə aparılmış 20-yə yaxın müxalifətçi avqustun 14-də axşam saatlarında xəbərdarlıq edilərək sərbəst buraxılıblar.

Xəbər lenti

Xəbər lenti