...

İLHAM ƏLİYEV İSVEÇ BAŞ NAZİRİ OFİSİNİN DÖVLƏT KATİBİNİ QƏBUL EDİB

Siyasət Materials 15 Avqust 2005 16:41 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev avqustun 15-də İsveçin Baş naziri Ofisinin dövlət katibi Lars Dinielsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı rəsmi Bakının Stokholmla ikitərəfli əlaqələrinin inkişafında maraqlı olduğunu bildirib və qeyd edib ki, inkişaf etdirməyə böyük ehtiyacı olan Azərbaycan-İsveç əməkdaşlığının böyük potensialı var. Prezident İ. Əliyev qeyd edib ki, Azərbaycan bundan sonra da Avropa Birliyinin "Yeni Qonşuluq Siyasəti" proqramı çərçivəsində İsveçlə əlaqələri inkişaf etdirəcək.

İlham Əliyev ümid etdiyini bildirib ki, İsveç rəhbərliyi Azərbaycanın AB-nin bu proqramı çərçivəsində əməkdaşlığın inkişafına yönəlmiş səylərinin dəstəkləyəcək.

Dövlət başçısı həm də Stokholmda Azərbaycanın səfirliyinin açılması ilə bağlı qərarını da bildirib və qeyd edib ki, Bakının bu addımı İsveçlə ikitərəfli əlaqələrin inkişaf etdirmək arzususunu bir daha ifadə edir.

Öz növbəsində, Lars Danielson bildirib ki, onun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya qarşılıqlşı səmərəli müqavilələrin təşkil edilməsi üçün gəlib.

"Ölkələrimiz arasında potensial iqtisadi əlaqələrdən sonadək istifadə olşunmsayıb. Biz isveçli sahibkarların Azərbaycan iqtisadiyyatına cəlb olunması üçün fəal iş aparacağıq", - deyə İsveç diplomatı bildirib və Bakının uğurlu neft siyasəti ümumilikdə respublikanın iqtisadi inkişafına müsbət təsir göstərəcək.

Xəbər lenti

Xəbər lenti