...

AZƏRBAYCAN PREZİDENTİ GÜRCÜSTANIN DAXİLİ İŞLƏR NAZİRLİYİNİN BAŞÇISINI QƏBUL EDİB

Siyasət Materials 15 Avqust 2005 20:41 (UTC +04:00)

Gürcüstan və Azərbaycan arasında bundan sonra da müxtəlif sahələrdə münasibətlər inkişaf edəcək və möhkəmlənəcək. Trend in məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev avqustun 15-də Bakıda Gürcüstanın daxili işlər naziri Vano Merabişvilini qəbul edərkən bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən Təhlükəsizlik və Daxili İşlər Nazirlikləri sahəsində ardıcıl olaraq uğurlu əməkdaşlıq həyata keçirilir.

İki dövlət rəhbərlərinin daimi olaraq bir-birilə əlaqə saxlamasından danışarkən İ.Əliyev qeyd edib ki, münasibətlərin uğurlu inkişafı həm iki ölkə arasında, həm də bütünlükdə regionda təhlükəsizlik təminatı üçün böyük əhəmiyyət daşıyır.

V.Merabişvili Gürcüstan və Azərbaycanın DİN-i arasında əlaqələrin genişləndirilməsindən razı qaldığını bildirib. Onun sözlərinə görə, gürcü tərəfi Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verir. O qeyd edib ki, Azərbaycan prezidentinin fəaliyyəti regionda sabitliyin təminatında böyük rol oynayır.

Xəbər lenti

Xəbər lenti