...

YURİ MERZLYAKOV: AZƏRBAYCAN VƏ ERMƏNİSTAN PREZİDENTLƏRİ KAZANDA BƏYANATLA ÇIXIŞ EDƏ BİLƏRLƏR

Siyasət Materials 16 Avqust 2005 20:01 (UTC +04:00)
YURİ MERZLYAKOV: AZƏRBAYCAN VƏ ERMƏNİSTAN PREZİDENTLƏRİ KAZANDA BƏYANATLA ÇIXIŞ EDƏ BİLƏRLƏR

Azərbaycan və Ermənistğan prezidentləri İlham Əliyev və Robert Köçəryan Kazanda danışıqların növbəti mərhələsindən sonra bəyanatla çıxış edə bilərlər. Bu barədə Trend ə verdiyi ekskluziv müsahibəsində ATƏT-in MQ-nun rusiyalı həmsədri Yuri Merzlyakov bildirib.

Onun sözlərinə görə, dövlət başçılarının görüşü ən tezi avqustun 27-də baş tutacaq, çünki avqustun 26-da Kazanda MDB sammit tədbirlərlə çox zəngin olacaq və ikitərəfli görüşün keçirilməsi üçün "çətin ki vaxt olsun". Y.Merzlyakov qeyd edib ki, dövlət başçılarının görüşündə Qarabağ münaqişəsinin nizamlanması üzrə hər hansı razılaşmanını layihəsinin müzakirə olunması planlaşdırılmır.

"Bu məsələ barədə danışmaq tezdir", - deyə o əlavə edib. Hər hansı birgə bəyanata gəldikdə isə, tərəflər arasında razılaşmadan asılı olaraq bu mümkün ola bilər. "Burada hər şey onlardan, onların nəticələri necə təqdim etmək istəmələrindən asılıdır.

Əgər onlar nəticələrin az əhəmiyyətli olduğunu hesab etsələr, o zaman heç bir bəyanatdan söhbət belə gedə bilməz", - deyə diplomat qeyd edib. Bəyanatın özünün mətni, Y.Merzlyakovun sözlərinə görə, görüşün nəticələrini bir neçə on dəqiqə ərzində tərtib etməyin mümükün olduğu "kifayət qədər sürətli iş prosesidir".

Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsi regionuna son səfərləri zamanı gördükləri işlər barədə suala cavab verərkən diplomat bildirib: "Prezidentlərlə söhbətdən sonra aldığımız məlumatlar barədə fikirləşmək lazım idi.

Biz həmsədrlərdən prezidentlərə Kazanda görüşmək barədə məktub göndərərək bu məsələnin bizim təklif etdiyimiz kimi müzakirə olunmasını istədik. Ona görə də həmsədrlər bu işi etdilər. Mənə elə gəlir ki, hər şey son dərəcə tərəflərin bir-birinə loğru tələb olunan hansı addımları atacaqlarından asılıdır".

Xəbər lenti

Xəbər lenti