...

TÜRKİYƏNİN KEÇMİŞ MALİYYƏ NAZİRİ KAMAL DƏRVİŞ BMT-NİN ƏN BÖYÜK AGENTLİYİNƏ RƏHBƏR TƏYİN EDİLİB

Siyasət Materials 16 Avqust 2005 20:15 (UTC +04:00)

Avqustun 16-dan etibarən Türkiyənin keçmiş maliyyə naziri, Avropa Konvensiyasının üzvü Kamal Dərviş Birləşmiş Millətlər Təşkilatınin İnkişaf Proqramının (BMTİP) rəhbəri vəzifəsini icra etməyə başlayıb. Bu barədə Trend ə BMT-nin informasiya xidmətindən məlumat daxil olub.

Məlumatda qeyd olunur ki, dünya şöhrətli iqtisadçı Kamal Dərviş inkişaf yardımı təqdim edən deyil, bu yardımı alan ölkələrdən olan ilk şəxsdir ki, BMT-nin ən böyük agentliklərindən birinin rəhbəri vəzifəsinə təyin edilib.

Bu gündən etibarən Kamal Dərviş həmçinin BMT agentliklərinin həyata keçirdiyi beynəlxalq yardım və bərpa işlərini əlaqələndirən BMT-nin İnkişaf Qrupuna (UNDG) da rəhbərlik edir.

Cənab Dərviş vəzifəsinin icrasına 14-16 sentyabr tarixində keçiriləcək 2005-ci il Ümumdünya sammitinə hazırlıq dövründə başlayır. Sammitin əsas vəzifəsi Minilliyin Məqsədləri (MİM) istiqamətində əldə edilmiş nailiyyətləri nəzərdən keçirməkdən ibarət olacaq.

2015-ci ilədək yoxsulluğun və aclığın yarıyadək azaldılması, HİV/AİDS-in yayılmasının qarşısının alınması və bütün uşaqların ibtidai təhsil almasının təmin edilməsini əhatə edən məqsədlər beş il əvəl Minillik sammitində 189 dövlət tərəfindən razılaşdırılıb.

Xəbər lenti

Xəbər lenti