...

UKRAYNA DİPLOMATI AZƏRBAYCANDA XALQIN ARXASINCA GEDƏ BİLƏCƏYİ MÜXALİFƏT GÖRMÜR

Siyasət Materials 17 Avqust 2005 18:07 (UTC +04:00)

"Mən Azərbaycanda xalqın arxasınca gedə biləcəyi müxalifət görmürəm". Trend in məlumatına əsasən, bu barədə Ukraynanın Azərbaycandakı işləri üzrə müvəqqəti müvəkkili İqor Kezima avqustun 17-də mətbuat konfransında bildirib.

Diplomatın fikrincə, inqilab və ya hökumətdə hər hansı bir dəyişiklik üçün müvafiq şərait olmalıdır. Onun sözlərinə görə, Ukraynada xalq V.Yuşenkonu, Y.Tomoşenkonu və onların silahdaşlarını tanıyırdı, bu şəxslərin bütün keyfiyyətlərini əvvəlki hökumətlə müqayisə edə bildiyindən V.Yuşenkonu və onun silahdaşlarını dəstəkləyirdi. Bu gün Azərbaycanda vaxtı ilə hakimiyyətdə olan müxalifət işləmək qabiliyyətinin olmadığını xalqa göstərib, - deyə o vurğulayıb.

"Azərbaycanda seçkiqabağı vəziyyət yoxdur. Azərbaycanda prezident seçkiləri zamanı prezident 76% səs toplayaraq qələbə qazanıb, müxalifət isə o zaman cəmi 4-6% səs toplamışdı.

Siz bu müddət ərzində nəyinsə dəyişdiyini hesab edirsiniz? Sizcə bu gün Azərbaycanda xalqın dəstəklədiyi müxalifət varmı?", - deyə o vurğulayıb.

Diplomat həmçinin onu da bildirib ki, səfirlikdə "PORA" təşkilatının nümayəndələrinin Azərbaycana gələcəkləri haqqında məlumat yoxdur və "Pora"nın mövqeyi Ukrayna rəhbərliyinin rəsmi mövqeyi deyil. "Ukrayna inqilablar tədarükçüsü deyil", - deyə o bildiroib.

Xəbər lenti

Xəbər lenti