...

UKRAYNA ENERGETİKA SAHƏSİNDƏ AZƏRBAYCANLA ÇOXSAHƏLİ ƏMƏKDAŞLIĞIN GENİŞLƏNDİRİLMƏSİNDƏ MARAQLIDIR

Siyasət Materials 17 Avqust 2005 19:24 (UTC +04:00)

Ukrayna enegetika sahəsində Azərbaycanla çoxsahəli əməkdaşlığın inkişafında maraqlıdır. Trend in məlumatına görə, bu barədə avqustun 17-də Ukraynanın Azərbaycandakı müvəqqəti işlər müvəkkili İqor Kezima mətbuat konfransında məlumat verib.

Diplomatın sözlərinə görə, bir neçə gündən sonra "Ukrayna neft-qaz" nümayəndə heyətinin Azərbaycan Dövlət Neft Şirkətinə səfəri planlaşdırılır. Nümayəndə heyəti Azərbaycan tərəfi ilə bir sıra məsələləri imüzakirə etmək niyyətindədir.

İlk növbədə Ukrayna tərəfi Azərbaycanın yataqlarından birinin işlənmək və Azərbaycan Neft Şirkətini Qara dənizdəki şelfdə əməkdaşlığa dəvət etmək niyyətindədir.

"Ukrayna neft nəqliyyatı strukturlarının inkişafında əməkdaşlıq, Xəzər neftinin Odessa-Brodı neft nəqli sistemində iştirak etmək istəyir". Ukrayna həmçinin, neft emalı infrastrukturlarında və digər sahələrdə strukturlarda iştirakın mümkün olduğunu hesab edir.

"Ukrayna həm də İran və İraqdan qaz almaq istəyir. Bu gün Ukraynanın qazla təmin edən yeganə ölkə Rusiyadır. Bu gün Ukrayna Rusiyadan 80% asılıdır və hökumətin birinci növbədə vəzifəsi bu vəziyyətdən çıxmaqdır" - deyə diplomat qeyd edib. "Tamamilə mümkündür ki, bu qaz kəməri Azərbaycandan keçsin", -deyə İ.Kezima bildirib.

Xəbər lenti

Xəbər lenti