...

RİNO HARNİŞ: AZƏRBAYCANDA MÜƏYYƏN QÜVVƏLƏR ŞƏFFAF PARLAMENT SEÇKİLƏRİNİN KEÇİRİLMƏSİNƏ MANE OLMAĞA ÇALIŞIRLAR

Siyasət Materials 17 Avqust 2005 21:07 (UTC +04:00)
RİNO HARNİŞ: AZƏRBAYCANDA MÜƏYYƏN QÜVVƏLƏR ŞƏFFAF PARLAMENT SEÇKİLƏRİNİN KEÇİRİLMƏSİNƏ MANE OLMAĞA ÇALIŞIRLAR

Azərbaycada müəyyən qüvvələr parldament seçkilərinin şəffaf keçirilməsinə mane olmağa çalışırlar ki, bu da ölkədə bütün seçki kampaniyasının gedişinə mənfi təsir göstərir.

Trend in ATV kanalına istinadən verdiyi məlumata görə, avqustun 17-də respublikanın şimal rayonlarında səfərdə olan ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş çıxış edib.

Azərbaycanın seçkilərin ədalətli, şəffaf keçirilməsi ilə bağlı öz üzərinə müəyyən beynəlxalq öhdəliklər götürdüyünü qeyd edən səfir R. Harniş qeyd edib ki, noyabrın 6-da nəzərdə tutulmuş parlament seçkiləri ilə bağlı ATƏT-in hazırladığı hesabatda bildirilir ki, ölkə parlamenti "bütünü problemləri nəzərə almalıdır".

"Prezident İlham Əliyev parlament seçkilərini beynəlxalq standartlara uyğun keçirməklə bağlı öz qarşısında vəzifə qoyub. Lakin dövlət başçısından fərqli olaraq, respublikada seçkiqabağı vəziyyətlə bağlı mənfi fikir aşılamağa çalışan qüvvələr mövcuddur", - deyə amerikalı diplomat bildirib və xüsusilə qeyd edib ki, ATƏT-in hesabatını Azərbaycanın daxili işlərinə qarışmaq kimi qəbul etmək olmaz.

Xəbər lenti

Xəbər lenti