...

SƏFƏR ƏBİYEV: BİZ TEZLİKLƏ BÜTÜN ÖLKƏLƏRİN ERMƏNİSTANI TƏCAVÜZKAR DÖVLƏT KİMİ TANIYACAĞINA İNANIRIQ

Siyasət Materials 18 Avqust 2005 11:44 (UTC +04:00)
SƏFƏR ƏBİYEV: BİZ TEZLİKLƏ BÜTÜN ÖLKƏLƏRİN ERMƏNİSTANI TƏCAVÜZKAR DÖVLƏT KİMİ TANIYACAĞINA İNANIRIQ

Rəsmi Bakı tezliklə dünya ictimaiyyətinin Ermənistanı təcavüzkar dövlət kimi tanıyacağına və Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasını tələb edəcəyinə inanır.

Trend in xəbər verdiyi kimi, belə bəyanatla Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Latviyaya səfərinin yekunlarına dair brifinqdə çıxış edib.

Onun sözlərinə görə, Azərbaycan özünün ərazi bütövlüyünü bərpa edəcək və bu yolda Ermənistana heç bir güzəştə getməyəcək. "Bütün işğal olunmuş torpaqlar, o cümlədən Dağlıq Qarabağ Azərbaycana qaytarılmalıdır.

Yalnız bundan sonra biz Dağlıq Qarabağa muxtariyyətin verilməsi ilə razılaşa bilər, onun əhalisinini təhlükəsizliyinə və iqtisadiyyatın inkişafına zəmanət verə bilərik", -deyə nazir bildirib.

"Bizi Dağlıq Qarabağ probleminin nizamlanmasında mövcud ikili standartlar narahat edir. Biz bu münaqişəni sülh yolu ilə həll etməyə çalışırıq", - deyə Səfər Əbiyev vurğulayıb.

Eyni zamanda o qeyd edib ki, işğal olunmuş ərazilərə çoxlu sayda döyüş sursatlarının və hərbi texnikanın cəlb olunması Azərbaycanı narahat edir.

Qeyd edək ki, S.Əbiyev Lativiyanın müdafiə naziri Eynars Repşenin dəvəti ilə Riqada ikigünlük səfərdə olub.

Xəbər lenti

Xəbər lenti