...

SON 2 İL ƏRZİNDƏ AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ ORDUSUNUN TƏCHİZATINA AYRILAN VƏSAİT 75-76% ARTIB

Siyasət Materials 18 Avqust 2005 13:50 (UTC +04:00)

"Son 2 il ərzində Azərbaycan Respublikası Milli Ordusunun təchizatına ayrılan vəsait 75-76 % faiz artıb.

Bu barədə jurnalistlərə Azərbaycan Respublikasının Hərbi Prokuroru Xanlar Vəliyev məlumat verib.

Onun sözlərinə görə, Dövlət başçısı İlham Əliyevin son illərdə apardığı iqtisidi siyasət nəticəsində həyata keçirilən proqramlar Azərbaycan Respublikası Milli Ordusunun da inkişafına səbəb olub.

"Bu da dövlət büdcəsinə daxil olan vəsaitlərin ölkənin qoşun birləşmələrinin, xüsusilə də Ordunun maddi-texniki təchizatı ilə bağlı prolblemlərin həlli üçün ayrılmasına imkan verir. 2003-cü ildə bu məbləğ 100.000.000 dollar idisə, 2004-cü ildə 175.000.000, indi isə 300.000.000 ABŞ dolları təşkil edir.

Orduya ayrılan vəsaitlərin məbləği gələcəkdə də artırılacaq" - deyə Hərbi Prokuror bildirib.

X.Vəliyevin sözlərinə görə, bütün bunlar ordunun şəxsi heyətinin fiziki, mənəvi, psixoloji və hərbi hazırlıq səviyyəsinə, eyni zamanda Milli Ordunun müasir texnika ilə təchiz olunmasına müsbət təsirini göstərir.

İşğal olunmuş torpaqları azad etməyə, ölkənin ərazi bütövlüyünü və suverenliyini bərpa etməyə imkan yaradır.

Xəbər lenti

Xəbər lenti