...

ŞİMALİ KİPRDƏN BAKIYA İLK BİRBAŞA REYS AVQUSTUN 28-DƏ OLACAQ

Siyasət Materials 18 Avqust 2005 16:22 (UTC +04:00)

Avqustun 28-də Şimali Kipr Türk Respublikasının (ŞKTR) paytaxtı Lefkoşadan Bakıya ilk birbaşa reys həyata keçiriləcək. Bu barədə Trend agentliyi Türkiyənin NTV telekanalına istinadən məlumat yayıb.

Məlumata görə, aviareys Kir Türk Hava Yolları (KTHY) vasitəsilə həyata keçiriləcək və burada ŞKTR-nın rəsmi şəxsləri, sahibkarlar, jurnalistlər və Şimali Kiprin qeyri-hökumət təşkilatlarının liderləri iştirak edəcəklər.

Kiprin nümaynədə heyətinin Azərbaycana səfəri 3 gün davam edəcək. Danışıqlar gedişində ikitərəfli iqtiisadi əlaqələrin inkişafı məsələləri müzakirə olunacaq.

Sahibkarldıq sahəsində razılaşmanın və protokolların imzalanacağı gözlənilir.

Məlumatda həmçinin bildirilir ki, ŞKTR-nın nümayəndə heyətinin Azərbaycan prezpdenti İlham Əliyevlə də görüşü planlaşıdırılıb.

Xəbər lenti

Xəbər lenti