...

İSA QƏMBƏR VƏ ƏLİ KƏRİMLİNİN İMZATOPLAMA KAMPANİYALARI BAŞA ÇATIB

Siyasət Materials 18 Avqust 2005 17:02 (UTC +04:00)

"Azadlıq" blokunun liderlərinin imzatoplama kampaniyası başa çatıb. Blokdan Trend ə verilən məlumata görə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-islahatçılar) sədri Əli Kərimlinin və Müsavat başqanı İsa Qəmbərin xeyrinə imza toplanması prosesi yekunlaşıb və hazırda imzaların ekspertizası aparılır. Azərbaycan Demokrat Paritiyasının (ADP) sədri Rəsul Quliyevə imza toplanması isə artıq başa çatmaq üzrədir.

AXCP sədrinin müavini Həsən Kərimov bildirib ki, "Azadlıq" bloku liderlərinin - Əli Kərimlinin, İsa Qəmbərin və Rəsul Quliyevin imzatoplama kampaniyası normal gedib və hər hansı problem yaranmayıb.

Onun sözlərinə görə, blok liderlərinin xeyrinə toplanmış imzaların yaxın günlərdə seçki dairələrinə təqdim olunması planlaşdırılır. 36 saylı Xətai seçki dairəsindən "Azadlıq"ın vahid namizədi olan ADP sədri Rəsul Quliyevin isə imzatoplama kampaniyasının həftənin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti