...

SİYAVUŞ NOVRUZOV: "YAP-IN SİYAHISI DƏQİQLİKLƏ ÖLÇÜLÜB-BİÇİLİB"

Siyasət Materials 19 Avqust 2005 16:18 (UTC +04:00)

Yeni Azərbaycan Partiyasının (YAP) namizədlər siyahısına bəzi əlavələr ediləcək. Bu barədə Trend ə YAP-ın icra katibinin müavini Siyavuş Norvruzov məlumat verib. Onun sözlərinə görə, partiyanın öz üzvlərindən əlavə YAP-la müttəfiq partiyaların namizədlərinə və ölkənin tanınmış ziyalılarına dəstək veriləcək.

S.Novruzov YAP-ın bütün seçki dairələrindən namizəd verəcəyini bildirib. O qeyd edib ki, hələlik namizədin müəyyən olunmadığı bəzi dairələrlə bağlı partiyada müzakirələr aparılaraq qərar veriləcək.

YAP-ın namizədlərinin seçki dairələri üzrə hansı şəxslərlə rəqib olacağının nəzərə alınıb-alınmamasına gəldikdə, S.Novruzov bildirib ki, siyahı tərtib olunarkən bu kimi məsələlər diqqət mərkəzində olub.

Lakin YAP funksionerinin sözlərinə görə, rəqiblərin kimliyindən asılı olmayaraq, hakim partiya bütün seçki dairələrindən namizəd irəli sürəcək və layiq bildiyi şəxslərə dəstək verəcək: "Partiyanın siyahısı tərtib olunarkən seçki dairələri, namizədlər dəqiqliklə ölçülüb-biçilib"-deyə S.Novruzov əlavə edib.

Xəbər lenti

Xəbər lenti