...

İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATINA ÜZV ÖLKƏLƏRİN XARİCİ İŞLƏR NAZİRLƏRİNİN GÖRÜŞÜ OKTYABRIN 1-NƏ KEÇİRİLİB

Siyasət Materials 19 Avqust 2005 17:43 (UTC +04:00)

İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin xarici işlər nazirləri şurasının avqustun 20-də Astanada keçiriləcək 15-ci iclası oktyabrın 1-nə təyin olunub. Bu barədə Trend ə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

İclasın keçirilmə tarixinin dəyişdirilməsi səbəbləri iclas iştirakçılarının iş cədvəllərinin gərgin olması ilə bağlıdır. Yeni tarix artıq İƏT-yə üzv ölkələrin nazirləri, o cümlədən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla razılaşdırılıb. Xatırladaq ki, ilk variantda iclasın proqramı iyunun 24-25-də İranın Keşm adasında baxılıb.

Burada həmçinin region dövlətləri arasında iqtisadi-ticarət əməkdaşlığının gələcəkdə inkişafı yolları, İƏT-in 2004-cü il üçün maliyyə hesabatı, İƏT konsaltinq şirkətinin yaradılması layihəsi, ECOTA adlı yeni ticarət sazişinin layihəsi müzakirə olunub.

İƏT-in tərkibinə əhalisi 300 milyondan çox olan 10 ölkə daxildir. Bu beynəlxalq təşkilat 1985-ci ildə üç dövlət: Türkiyə, İran və Pakistan tərəfindən yaradılıb. 1992-ci ildə bu üçlüyə postsovet məkanının altı ölksi - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan qoşulub. Təşkilata sonuncu daxil olan dövlət Əfqanıstandır.

Xəbər lenti

Xəbər lenti