...

BOKS ÜZRƏ DÜNYA ÇEMPİONU FARİZ MƏMMƏDOVUN MƏHKƏMƏSİ BAŞLANDI

Siyasət Materials 19 Avqust 2005 19:30 (UTC +04:00)

Avqustun 19-da Ağır cinayətlər dair İşlər Üzrə Məhkəmədə hakim Abid Abdinbəyovun sədrliyi ilə dünya çempionu Fariz Məmmədovun , "Lotu Qulu" ləqəbli Nadir Səlifovun və onunla birgə təqsirləndirilən digər 5 nəfərin - Rəhman Əbülhəsənovun, Ərşad Qəhrəmanovun, Müşfiq Səlifovun və Müşfiq Mədətovun məhkəməsi üzrə hazırlıq iclası keçirilib. Trend məlumat verir ki, iclas qapalı keçirilib.

Hakim Abid Abdinbəyov iclasa nəinki kütlivi infomrasiya vasitələrinin əməkdaşlarını, hətta təqsirləndirilən şəxslərin yaxın qohumlarını da buraxmayıb. İş üzrə zərərçəkən kimi tanınmış şəxslər də iclasda iştirak edə bilməyiblər. Hakim heç bir əsas göstərmədən iclasın qapalı keçiriləcəyini elan edib. Nəticədə vəkillər məhkəməyə etirazlarını bildiriblər. Proses avqust ayının 26-da kimi təxirə salınıb.

Qeyd edək ki, təqsirləndirilənlərə qarşı AR CM-nin 134, 182, 149, 145 və s, maddələri ilə ittihamlar irəli sürülüb. Adı çəkilən şəxslər qanunsuz silah gəzdirməkdə, hədə-qorxu yolu ilə pul tələb etməkdə, zor tətbiq etməkdə və zorlamada, özləri həbsdə ola-ola başqalarını azadlıqdan məhtum etməkdə təqsirlə bilinirlər.

Xəbər lenti

Xəbər lenti