...

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASI SƏDRİNİN AZƏRBAYCANA SƏFƏRİ BAŞLAYIB

Siyasət Materials 22 Avqust 2005 12:28 (UTC +04:00)
AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASI SƏDRİNİN AZƏRBAYCANA SƏFƏRİ BAŞLAYIB

Avropa Şurası Parlament Assambleyasının sədri (AŞ PA) Rene van der Linden avqustun 22-də AŞ-nin Bakıdakı İnformasiya Ofisində Azərbaycanın hüquq mühafizəçiləri və KİV rəhbərləri ilə görüş keçirib.

Günün birinci yarısında R.Linden "Azadlıq" və "Yeni Siyasət" seçki bloklarının nümayəndələri ilə də görüşəcək.

Günün ikinci yarısında Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və prezident İlham Əliyevlə görüşlər planlaşdırılır.

Avqustun 23-nə olan səfər proqramında Böyük Britaniyanın Bakıdakı səfiri Lori Bristou ilə səhər yeməyi, Milli Məclisin spikeri Murtuz Ələsgərov, Azərbaycanın AŞ PA-dakı parlament nümayəndə heyətinin üzvləri, baş nazir Artur Rəsizadə, xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlar nəzərdə tutulub.

Həmin gün yerli vaxtla saat 18:00-da Rene van der Linden Azərbaycanın KİV nümayəndələri üçün mətbuat konfransı keçirəcək. Konfrans AŞ-nin Bakıdakı İnformasiya Ofisinin binasında keçiriləcək.

Xəbər lenti

Xəbər lenti