...

TİFLİSİN MÜDAFİƏ AKADEMİYASINDA GÜRCÜSTANLI AZƏRBAYCANLI VƏ TÜRKİYƏLİ ZABİTLƏRİN TƏLİMLƏRİ BAŞLAYIB

Siyasət Materials 22 Avqust 2005 14:31 (UTC +04:00)

(Praym-Nyus) - Avqustun 21-də Tiflisin Müdafiə akademiyasında Bakı-Tbilisi-Ceyhan neft kəmərinin mühafizəsi üzrə hərbi qulluqçuların hazırlanması məqsədilə gürcüstanlı, azərbaycanlı və türkiyəli zabitlərin "Eternet-2005" adlı təlimləri başlayıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlərdə 52 hərbi qulluqçu iştirak edir. Zabitlər bir ay ərzində fövqəladə hallarda Bakı-Tbilisi-Ceyhan neft kəmərinin mühafizə əməliyyatlarına daxil edilməsini nəzərdə tutan proqram keçəcəklər.

2000-ci ildən bu günə kimi keçirilən "Eternet" təlimləri Gürcüstanda ilk dəfə aparılır.

Xəbər lenti

Xəbər lenti