...

AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRİ MOSKVADADIR

Siyasət Materials 22 Avqust 2005 15:05 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov avqustun 22-də Moskvaya səfəri başlayıb. Bu barədə Trend ə Azərbaycanın XİN-dən məlumata veriblər.

XİN-dən verilən məlumata görə, xarici siyasət idarəsinin başçısı avqustun 23-də keçiriləcək MDB xarici işlər nazirlərinin iclasında iştirak edəcək.

Həmin gün axşam Azərbaycanın və Eromənistanın xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə qeyri-formal görüşü keçiriləcək. Nazirlikdən bildiriblər ki, E.Məmmədyarovla V.Oskanyan arasında rəsmi məsləhətləşmələr avqustun 24-də keçiriləcək.

Xatırladaq ki, MDB xarici işlər nazirlərinin iclasının gündəliyinə 10 sənəd daxildir. Görüşün əsas mövzusu Birlik orqanlarının təkmilləşdirilməsi və islahatlar aparılmasıdır ki, bununla əlaqədar müvafiq qərar layihəsinin hazırlanacağı güman edilir. Şuranın iclasının gedişində bir sıra humanitar və sosial məsələlrin müzakirəsi də planlaşdırılıb.

Onların arasında MDB üzvü olan ölkələr arasında humanitar əməkdaşlıq barədə razılaşma, həmçinin üzv ölkələr arasında Razılaşma da varixtisasartırma və kardların yenidən hazırlanması üzrə əməkdaşlıq barədə razılaşma da var.

Bundan başqa, MDB ölkələrinin XİN başçıları 1992-ci il iyunun 26-dan əhalinin sağlamdlığının mühafizəsi sahəsində razılaşmayüa əlavə dəyişikliklər edilməsi barədə protokolun layihəsini nəzərdən keçirəcəklər.

Müzakirələrin gündəliyinə "Təbiət və texnogen xzarakterli fövqəladə vəziyyətlər üzrə Dövlətlərarası Şura haqqında", eləcə də dünya ictimaiyyətinə müraciətin layihələrinin müzakirəsi daxil edilib.

Eləcə də, MDB üzvü olan ölkələrin dövlət başçılarının BMT-nini 60 illiyi ilə bağlı bəyanat və Çernobıl AES-da baş vermiş qəzanın 20 illiyi münasibətilə Birlik ölkələrinə və dünya ictimaiyyətinə müraciət, 2006-cı ildə MDB-nin yeniləşməsi barədə Qərar də qəbul ediləcək

Müzakirə olunmuş sənədlər təsdiqlənmək üçün avqustun 26-da Kazanda keçiriləcək MDB dövlət başçılarının Şurasının iclasına təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti