...

AŞPA SƏDRİ "YENİ SİYASƏT" BLOKUNUN ÜZVLƏRİ İLƏ GÖRÜŞÜB

Siyasət Materials 22 Avqust 2005 15:12 (UTC +04:00)

Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Rene Van Der Linden avqustun 22-də "Yeni Siyasət" blokunun üzvləri ilə görüşüb. Trend in məlumatına görə, görüşdə blok üzvlərindən Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazov və Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov, AŞPA nümayəndə heyətinin üzvləri, həmçinin Avropa Şurasının Azərbaycan üzrə informasiya ofisinin nümayəndələri iştirak ediblər.

Eldar Namazov bildirib ki, görüşdə seçkiöncəsi ictimi-siyasi mühit, demokrtik seçkilərin demokratik, şəffaf keçirilməsi məsələləri həmçinin Dağlıq Qarabağ problemi barədə müzakirələr aparılıb. E.Namazovun sözlərinə görə, seçkilərin demokratik keçirilməsinə mane olan əngəllər, yaradılan problemlər barədə, həmçinin təmsil etdikləri "Yeni Siyasət" bloku haqqında AŞPA sədrinə məlumat veriblər.

Həm seçki məsələləri, həm də Dağlıq Qarabağ problemi ilə bağlı "Yeni Siyasət" blokunun üzvləri fikirlərini, mövqelərini qonağın diqqətinə çatdırıblar.

E.Namazovun sözlərinə görə, Avropa Şurasının da, AŞPA-nın da mövqeyi Azərbaycanda seçkilərin azad, ədalətli və demokratik keçirilməsindən ibarətdir. Bu m.təbər beynəlxalq təşkilat həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinin tərəfdarıdır.

Xəbər lenti

Xəbər lenti