...

OSMAN GÜNDÜZ DEPUTATLIĞA NAMİZƏDDİR

Siyasət Materials 22 Avqust 2005 15:34 (UTC +04:00)

"İctimai Liderlər" Birliyinin həmtəsisçisi, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün namizədliyi qeydə alınıb. Bu barədə Trend ə Osman Gündüzün seçki qərargahından məlumat verilib.

Bildirilib ki, imzatoplama kampaniyası heç bir problem olmadan qısa müddətdə başa çatdırılsa da, dairə seçki komissiyası tərəfindən namizədliyin qeydə alınması prosesində süni maneələr yaradılıb.

Bu əngəllər və tələblərin əsasən komissiya üzvlərinin seçki qanunvericiliyini bilməməsi ilə bağlı olduğu bildirilib. Lakin bu mərhələdə yaranmış problemlə bağlı Osman Gündüzün müraciətinə Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbərliyi tərəfindən dərhal və operativ reaksiya verilib.

Qeyd edək ki, Osman Gündüz 109 saylı Balakən seçki dairəsindən namizədliyini irəli sürüb. Həmin dairədən onun rəqibi Yeni Azərbaycan Partiyasının (YAP) namizədi, millət vəkili Rəbiyyət Aslanovadır.

Xəbər lenti

Xəbər lenti