...

"AZADLIQ" BLOKUNUN ZAQATALA VƏ LƏNKƏRANDA İCAZƏSİZ AKSİYALARI DAĞIDILIB

Siyasət Materials 22 Avqust 2005 17:57 (UTC +04:00)

"Azadlıq" blokunun avqustun 20-də Zaqatala və Lənkəranda planlaşdırdığı yürüş-mitinqlərinin qarşısı alınıb. Blokda təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasından Trend ə verilən məlumata görə, hər iki aksiyaya rayonların icra hakimiyyətləri tərəfindən icazə verilməyib. Lənkəranda saat 17.00-dan 19.00-dək keçirilməsi planlaşdırılan aksiya polis əməkdaşları tərəfindən dağıdılıb.

Yürüş-mitinqə cəhd göstərilən zaman polislə yerli müxalifətçilər arasında toqquşma yaranıb. 15-20 nəfər aksiya iştirakçıları polis şöbəsinə aparılıblar. Onlar xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar.

Zaqatalada da saat 11.00-da keçirilməsi nəzərdə tutulan aksiya baş tutmayıb. Polislər aksiya iştirakçılarına planlaşdırdıqları əraziyə toplaşmağa imkan verməyiblər.

Xəbər lenti

Xəbər lenti