...

AZƏRBAYCAN PREZİDENTİ XÜSUSİ DÖVLƏT MÜHAFİZƏSİNİN BİR QRUP İŞÇİSİNƏ ALİ HƏRBİ RÜTBƏLƏR VERİB

Siyasət Materials 22 Avqust 2005 21:03 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev avqustun 22-də Dövlət mühafizəsinin xüsusi xidmətinin (DMXX)hərbi qulluqçularını ali hərbi rütbələr verib. Trend in məlumatına görə, DMXX -nin rəisi Vaqif Axundova general-polkovnik, rəisin I müavininə Bəylər Eyyubova və rəisin müavini Niyazi Hacıyevə general-leytenant rütbəsi verib.

Dövlət başçısı həmçinin DMXX-nin hərbi qulluqçularından birini "Azərbaycan bayrağı" ordeni ilə, üçünü III dərəcəli "Vətənə xidmətə görə" medalı, 33-ü "Qəhrəmanlığa görə", 47-ni "Hərbi xidmiətlərinə görə" medalı ilə təltif edib.

Xəbər lenti

Xəbər lenti