...

AZƏRBAYCAN PREZİDENTİ UKRAYNALI HƏMKARINI TƏBRİK EDİB

Siyasət Materials 23 Avqust 2005 15:07 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev ukraynalı həmkarı Viktor Yuşşenkoya avqustun 24-də qeyd olunacaq milli bayram - Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

"Bu gün Ukrayna ictimai həyatın bütün sahələrinin demokratikləşdirilməsində böyük uğurlar əldə edib, beynəlxalq arenada onun nüfuzu artıb və mövqeləri möhkəmlənib.

Əminəm ki, Ukrayna ilə Azərbaycan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı dəstək ənənələri bundan sonra da olacaq və bu, dövlətlərarası münasibətlərin inkişafında böyük inkişaf üçün möhkəm dayaq olacaq ", - deyə dövlət başçısı yazır.

Xəbər lenti

Xəbər lenti