...

İQBAL AĞAZADƏ ƏLİ KƏRİMLİNİN İTTİHAMLARINA CAVAB VERİB

Siyasət Materials 23 Avqust 2005 15:57 (UTC +04:00)

"Əli Kərimlinin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyası (islahatçılar) ölkənin hakim dairələri ilə birlikdə fəaliyyət göstərir". Trend in xəbər verdiyi kimi, belə bəyanatla avqustun 23-də Bakıda keçirilmiş mətbuat konfransında "Ümid" partiyasının sədri İqbal Ağazadə rəhbərlik etdiyi partiyanın Azərbaycanın Təhlükəsizlik Nazirliyi (ATN) ilə əməkdaşlığına dair ittihamnaməni şərh edərkən bildirib.

Onun fikrincə, AXCP (i) hökumət orqanları ilə birlikdə "Azadlıq" və "Yeni siyasət" seçki bloklarına üzv olmayan bütün müxalifət partiyalarının zərərsizləşdirilməsi üzrə plan həyata keçirir.

Məhz Əli Kərimlinin mənfi münasibət göstərməsi ilə əlaqədar "Azadlıq" blokuna daxil ola bilməyən "Ümid" partiyasının ünvanına səslənən ittihamlar da bu planın bir hissəsidir.

MTN ilə əməkdaşlıqla bağlı ittihamlar absurddur. "Bizim yol" və "Azadlıq" qəzetləri hətta "Azadlıq" blokunun tərkibində Əli Kərimlinin liderliyini vurğulamağa çalışır", - deyə İqbal Ağazadə bildirib.

O, həmçinin qeyd edib ki, Əli Kərimli ilə teledebatlara hazırdır. "Qoy o, bütün dəlillərini irəli sürsün və ictimaiyyət onun mövqeyinin nə qədər subyektiv olduğunu başa düşəcək", - deyə İ.Ağazad vurğulayıb. O, sonda əlavə edib ki, AXCP (i) sədri ilə dəyirmi masa çərçivəsində görüşün mümkünlüyünü müzakirə etməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti