Azərbaycan prezidenti İlham Əliyev avqustun 23-də Qazaxıstanın "Xabar" agentliyinə müsahibə verib. Bu barədə Trend məlumat verib.
Söhbətin gedişində dövlət başçısı Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafı ilə bağlı öz fikirlərini açıqlayıb. Eyni zamanda, İlham Əliyev siyasət və iqtisadiyyat sahəsində ikitərəfli əməkdaşlığın inkişafı mövzularına toxunaraq yüksək səviyyədə qarşılıqlı səfərlərin rolunu qeyd edib.