...

AMDP SABAH ƏDLİYYƏ NAZİRLİYİ QARŞISINDA İCAZƏSİZ PİKET KEÇİRMƏKLƏ BAĞLI QƏRARINI AÇIQLAYIB

Siyasət Materials 23 Avqust 2005 18:05 (UTC +04:00)

Avqustun 23-də Azərbaycan Milli Demokrat Partiyasının (AMDP) növbəti toplantısı keçirilib. Trend məlumat verir ki, toplantı seçkiöncəsi ictimai siyasi vəziyyətin müzakirəsinə həsr olunub.

Tədbirdə AMDP fəallarının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi qarşısında partiyanın qeydiyyatına alınmamasına etiraz olaraq keçirməyi planlaşdırdığı aksiya ilə bağlı müzakirələr də aparılıb.

Partiya sədri İskəndər Həmidov bəyan edib ki, Ədliyyə Nazirliyi qarşısında piket keçirməklə bağlı avqustun 12-də Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) ünvanlanmış məktuba artıq rəsmi cavab alınıb.

BŞİH-dən ALDP-də daxil olmuş məktubda piketə icazə verilmədiyi göstərilib. İ.Həmidov toplantı iştirakçılarının nəzərinə çatdırıb ki, BŞİH-in "yox" deməsinə baxmayaraq, ALDP avqustun 24-də saat 11.00-da Ədliyyə Nazirliyi qarşısında piket keçirmək qərarında qətidir.

Xəbər lenti

Xəbər lenti