...

RENE VAN DER LİNDEN: ERMƏNİSTAN-AZƏRBAYCAN MÜNAQİŞƏSİNİN SÜLH YOLU İLƏ NİZAMLANMASI BÜTÜN CƏNUBİ QAFQAZIN İNKİŞAFININ RƏHNİDİR

Siyasət Materials 23 Avqust 2005 20:15 (UTC +04:00)
RENE VAN DER LİNDEN: ERMƏNİSTAN-AZƏRBAYCAN MÜNAQİŞƏSİNİN SÜLH YOLU İLƏ NİZAMLANMASI BÜTÜN CƏNUBİ QAFQAZIN İNKİŞAFININ RƏHNİDİR

Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla nizamlanması bütün Cənubi Qafqaz regionunun inkişafının təminatı və bütün Avropa qitəsinin əsasa təhlükəsizlik elementidir.

Trend in məlumatına görə, bedlə bir bəyanatla avqustun 23-də Azərbaycana səfərinin yekunları üzrə mətbuat konfransında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Rene Van der Linden çıxış edib.

AŞPA sədrinin fikrincə, Azərbaycanın ümumavropa ailəsinə uğurlu inteqrasiyası yalnız Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllindən asılıdır.

"AŞPA hər iki tərəfə sülh dialoqunu davam etdirmək məqsədilə bütün mümkün səyləri göstərir", -deyə R. Linden bildirib və qeyd edib ki, bu problemin həllində Azərbaycan və Ermənistan prezidentlərinin "sülh danışıqlarına" tərəfdar olmaları vacibdir.

Buna misal kimi R. Linden Avropa ölkələrinin tarixini göstərərək qeyd edib ki, o, müharibə görməmiş avropalıların yeganə nəslinin nümayəndəsidir. "Mənim atam və babam müharibənin dəhşətlərini görüblər.

Lakin 20-ci yüzilliiyn 40-50-ci illərin uzaqgörən siyasətçiləri qitənin ümumi çiçəklənməsi naminə səylərini birləşdirə biliblər", -deyə o qeyd edib. AŞPA sədri ümid etdiyini bildirib ki, Cənubi Qafqazda da o qədər müdrik siyasətçilər tapılacaq.

Ermənistanda danışıqların yekunlarını şərh edərkən o, hər bir görüşündə belə bir fikri önə çəkib ki, Azərbaycanla münaqişəni davam etdirən iqtisadi inkişafı ləngidir.

"Ermənistan Türkiyə və Azərbaycan kimi iki coşğun şəkildə inkişaf edən dövlətin arasında yerləşməsinə baxmayaraq təcrid olunub və mən Yerevanda mən dəfələrlə qeyd etmişəm ki, Ermənistan Dağlıq-Qarabağ problemini tezliklə həll etməlidir ki, Ermənistan da uğurlu inkişaf tempi əldə edə bilsin", -deyə AŞPA sədri bildirib.

Ermənistan-Azərbaycan münaqişəsinin "alternativ yollarla" mümkün həllinə AŞPA-nın mövqeyi barədə suala cavab verərkən, Rene van der Linden qeyd edib ki, onun rəhbərlik etdiyi struktur proseslərin axarından asılı olan mövqey hazırlayır.

"Mən əminəm ki, danışıqlar prosesi öz bəhrəsini verəcəkvə Dağlıq Qarabağ münaqişəsi məhz sülh yolu ilə həll olunacaq", - deyə sonda Rene van der Linden əlavə edib.

Xəbər lenti

Xəbər lenti