...

RENE VAN DER LİNDEN: AZƏRBAYCANDA ƏDALƏTLİ VƏ ŞƏFFAF PARLAMENT SEÇKİLƏRİ YALNIZ SƏSVERMƏ MONİTORİQİNDƏ QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARININ İŞTİRAKINA QOYULAN QADAĞANIN LƏĞVİ ŞƏRTİLƏ MÜMKÜNDÜR

Siyasət Materials 23 Avqust 2005 20:45 (UTC +04:00)

Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) parlament seçkilərinin monitorinqində iştirakının qadağan olunması ləğv edilməlidir. Trend in məlumatına görə belə bir bəyanatla avqustun 23-də Azərbaycana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Rene Van der Linden çıxış edib.

"QHT-lər demokratik cəmiyyətin əsas hissəsidir", -deyə qeyd edən AŞPA sədri bildirib ki, qeyri-hökumət təşkilatları Avropa Şurası ilə Azərbaycan arasında dialoqu təmin edən əsas elementlərdən biridir.

"Mən bilirəm ki, bu gün Azərbaycanda QHT-nın bu ilin noyabrın 6-da keçiriləcək parlament seçkilərində iştirakına qoyulan məhdudiyyətlər qalmaqdadır", -deyən AŞPA sədri qeyd edib ki, ədalətli və açıq seçkilərin keçirilməsi üçün bu məhdüdiyyətlər birmənalı olaraq ləğv edilməlidir.

Eyni zamanda, AŞPA sədri qeyd edib ki, Bakıda apardığı danışıqların gedişində səsvermə günü nişanlama rənglərindən istifadə etmək barədə məsələni yenidən qaldırıb.

"Bu seçicilərdən hər hansı birinin ikinci dəfə səs verməməsi üçün vacibdir", - deyə R. Linlen qeyd edib və bildirib ki, QHT məsələsi kimi nişanlama rənglərindən istifadə barədə qərar da mütləq qəbul olunmalıdır.

AŞPA sədrinin sözlərinə görə, şübhəsiz ki, hər bir dövlət demokratik inkişaf yolunu seçir. Lakin bu gün Azərbaycanın reallıqları göstərir ki, bu günki gün üçün hər ikisinin hesaba alınması "daha çox əlverişlidir".

Xəbər lenti

Xəbər lenti